Bu Məxfilik Siyasəti "RAM Holding" MMC və onun xidmət göstərdiyi şirkətlərin, həmçinin partnyor olan şirkətlərin birgə əməkdaşlığı nəticəsində yaradılmış işə qəbul platformasına (bundan sonra "Platforma") təqdim edilmiş şəxsi məlumatların emal qaydalarını müəyyən edir.
1. Məlumatların Toplanması və Təyinatı
Namizədlər Platforma vasitəsilə təqdim etdikləri şəxsi məlumatların (ad, soyad, təhsil və iş təcrübəsi, əlaqə vasitələri və s.) yalnız işə qəbul məqsədilə və mövcud vakansiyalara uyğunluğun dəyərləndirilməsi üçün istifadə olunacağını qəbul edirlər.
2. Məlumatların Tərəflərlə Paylaşılması
Təqdim edilmiş məlumatlar “RAM Holding” MMC və onun xidmət göstərdiyi və ya əməkdaşlıq edən şirkətlərin səlahiyyətli nümayəndələri (rəhbərləri, HR əməkdaşları) ilə, eləcə də hüquqi baxımdan cəmiyyətə birbaşa tabe olmayan, lakin namizədin işə qəbulu ilə maraqlı tərəfdaş şirkətlərlə paylaşılması mümkündür.
3. Məlumatların Saxlanması və Qorunması
Təqdim edilən məlumatlar "RAM Holding"-in istifadə etdiyi Platforma vasitəsi ilə əldə olunur və qorunan daxili sistemlərində saxlanılır və təhlükəsizlik standartlarına uyğun şəkildə qorunur.
4. Məlumatların Dəyişdirilməsi və Silinməsi Hüququ
Namizəd təqdim etdiyi məlumatlarda dəyişiklik etmək və ya onların silinməsini tələb etmək hüququna malikdir. Bu məqsədlə [email protected] elektron ünvanına yazılı müraciət göndərməlidir. Müraciətlər 30 (otuz) təqvim günü ərzində icra olunur.
5. Razılıq
Platformadan istifadə etməklə və şəxsi məlumatları təqdim etməklə namizəd bu Məxfilik Siyasətinə əsasən məlumatlarının emalına və ötürülməsinə, həmçinin saxlanılmasına və silinməsinə razılıq vermiş hesab olunur və gələcəkdə bununla əlaqədar heç bir pretenziya irəli sürməyəcəyinə dair təminat verir.